Bayden Suriyadakı hadisələri diqqətlə izləyir

08.12.2024

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett “X” hesabında yazıb.

“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri diqqətlə izləyir və regiondakı tərəfdaşları ilə daim təmasdadır”, - deyə o bildirib. 

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti təhvil verməyə hazır olduğunu bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью