Bayden Suriyadakı hadisələri diqqətlə izləyir Ağ Ev AzPolitika onlayn siyasiictimai qəzet

08.12.2024

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Cozef Bayden Suriyadakı hadisələri diqqətlə izləyir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett “X” hesabında yazıb.

“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri diqqətlə izləyir və regiondakı tərəfdaşları ilə daim təmasdadır”, - deyə o bildirib.

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti təhvil verməyə hazır olduğunu bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью