Bayden tədbirlərdə çıxış etmək üçün 300 min dollar tələb edir

18.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın keçmiş Prezidenti Co Bayden prezidentlikdən getdikdən sonra özünü tədbirlərdə natiq kimi təklif etməyə başlayıb və bir çıxışı üçün cəmi 300 min dollar tələb edir.

APA "New York Post" qəzetinə istinadən xəbər verir ki, əgər tədbir başqa şəhərdə keçirilirsə, Baydenin şərtlərinə şəxsi təyyarə və beş nəfərlik heyət üçün xərclər də daxildir.

Bununla belə, nəşr qeyd edir ki, çıxışlarını dinləmək istəyənlərin sayı olduqca azdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью