Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...ABŞ-ın keçmiş prezidenti Cozef Bayden Ağ Evin hazırkı rəhbəri Donald Trampı seçkiləri uduzduqdan sonra hakimiyyətdə qalmaq üçün 6 yanvar 2021-ci ildə baş verən üsyanı təşkil etməkdə ittiham edib.
Bayden həmçinin Kapitoliyə hücum zamanı zorakılıq hərəkətlərinə görə məhkum edilmiş 1600-ə yaxın adamın əfv olunmasını qətiyyətlə pisləyib və Amerikanın demokratik təsisatlarına təhlükə barədə xəbərdarlıq edib.
The Atlantic yazır Trampın tərəfdarları 2020-ci il seçkilərinin nəticələrinin sertifikatlaşdırılmasını pozmaq üçün silahlı şəkildə Kapitoliyə gəliblər.
...Trampın 6 yanvar 2021-ci ildə etdikləri heç vaxt unudulmamalıdır. Bu, onu məzarına qədər izləməlidir, - keçmiş prezident yazıb.
Tramp Kapitoliyə hücum edənləri əfv etdi...
İkinci müddətinin ilk günündə Tramp hücumda iştirak etməkdə günahlandırılan təxminən 1600 nəfəri əfv etdi. Bayden bunu hadisənin xatirəsini silmək cəhdi kimi qiymətləndirdi.
O, həmçinin Konqresi qoruyan polis məmurlarının şərəfinə lövhənin Kapitoli binasında səhər saat 4:00-da rəsmi mərasim keçirilmədən açılışının edildiyini xatırlatdı.
Bayden iddia edir ki, 6 yanvar hakimiyyətin demokratik yolla ötürülməsini zorakılıqla dayandırmaq cəhdi idi və hücum edənlərin sonrakı əfvləri Amerika institutlarının müdafiəsini dəyərdən saldı.
Xatirələrində keçmiş prezident həmçinin varisinin digər qərarlarını da tənqid edir: Paris iqlim sazişindən çıxmaq, federal proqramların azaldılması, vətəndaş təşkilatlarına təzyiq və ABŞ beynəlxalq ittifaqlarının zəifləməsi...
Bayden amerikalıları siyasi bölünməyə müqavimət göstərməyə və demokratik institutları müdafiə etməyə çağırır və xatırladır ki, ölkə artıq ağır böhranlara dözüb və özündə bərpa üçün güc tapıb.
Əli Babayev