Bayden Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib Doğru Xəbərlər

07.11.2024

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Co Bayden Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. NBC telekanalının məlumatına görə, Bayden Trampa hakimiyyətin sülh yolu ilə keçəcəyini vəd edib və onunla Ağ Evdə görüşməyi gözləyir.

Bayden və Tramp arasında görüş yaxın vaxtlarda baş tutmalıdır.

Tezliklə dövlət başçısı ABŞ xalqına ötən seçkilərlə bağlı bəyanatla müraciət edəcək.

Noyabrın 6-da Kəmalə Harris Donald Trampa zəng edərək onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью