Bayden Trampı Kiyevə yardımdan imtina etməməyə inandırmağa çalışacaq

11.11.2024

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerika lideri Co Bayden hakimiyyətdə qalan günlərdə yeni seçilmiş prezident Donald Trampı Ukraynaya yardımı davam etdirməkdən imtina etməməyə inandırmağa çalışacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Vaşinqtonun Milli Təhlükəsizlik Administrasiyası rəhbərinin köməkçisi Ceyk Sallivan məlumat verib.

“Prezident Bayden qarşıdakı 70 gün ərzində Konqresə və gələcək administrasiyaya Birləşmiş Ştatların Ukraynanı tərk etməməli olduğunu və Ukraynaya yardımı dayandırmağın Avropada daha da böyük qeyri-sabitlik demək olacağını sübut etmək imkanı əldə edəcək”, deyə o, CBS telekanalında bildirib.

Sullivan onu da xatırladıb ki, Bayden əvvəllər Ukrayna rəhbərliyinə Demokratik administrasiyanın Kiyevi yanvarın 20-dək “Konqres tərəfindən təsdiqlənmiş bütün resurslar və yardımla” təmin edəcəyinə söz verib.

"Washington Post" (WP) öz mənbələrinə istinadən noyabrın 10-da iddia edib ki, respublikaçı Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Bu məlumatı nə Vaşinqtondan, nə də Moskvadan rəsmi təsdiqləməyib.

"WP"nin məlumatına görə, Tramp və Putin Ukraynadakı vəziyyət barədə danışıblar. Nəşr yazır ki, onlar Avropa qitəsində sülhün bərqərar olması məqsədini müzakirə ediblər, respublikaçı “Ukraynadakı müharibənin tezliklə həllini” müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью