Bayden Trampı məsxərəyə qoydu

03.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin sabiq Prezidenti Co Baydenin oğlu Hanter Bayden sosial şəbəkədə paylaşdığı istehzalı mesajda Donald Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsini təklif edib.

Modern.az xəbər verir ki, Hanter Bayden paylaşımında Trampın İranla müharibəni "38 dəfə bitirdiyini" ironik şəkildə vurğulayıb.

O bildirib ki, tarixdə heç bir ABŞ prezidenti eyni müharibəni bu qədər çox "sona çatdırmayıb" və bunu Nobel Komitəsinin diqqətinə layiq rekord kimi qiymətləndirib.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hanter Bayden bununla Donald Trampın İranla bağlı ziddiyyətli bəyanatlarına istehzalı münasibət ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью