Icma.az bildirir, Reyting.az portalına istinadən.
ABŞ-nın sabiq prezidenti Co Bayden xələfi Donald Tramp və komandasının əməyini yüksək qiymətləndirdiyini bildirib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, C. Bayden bu barədə “X” sosial media platformasında paylaşım edib.
C. Bayden D. Trampa və onun komandasına Qəzzada atəşkəsə nail olduqlarına görə təşəkkürünü bildirib. O, bu razılaşmaya gedən yolun asan olmadığını vurğulayıb.
ABŞ-nın sabiq lideri son 20 israilli girovun azad edilməsindən keçirdiyi sevincini ifadə edib. Bayden Yaxın Şərqdə sabitliyin davamlı olacağına, tərəflərin ümid etdiyi sülhə doğru irəlilədiyinə inandığını deyib.
E. KAMAL