Bayden Trampın andiçmə mərasimində iştirakını təsdiqləyib AZƏRTAC

20.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 20 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden gələn il yanvarın 20-si yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

AZƏRTAC-ın məlumatına görə, bunu prezident “Meidas Touch Network”ə müsahibəsində təsdiqləyib. “Əlbəttə mərasimə qatılacağam. İndiyə kimi prezidentlər arasında yalnız gələn ay and içəcək bu şəxs inauqurasiya mərasimində iştirakdan imtina edib”,- deyə Bayden bildirib.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Donald Tramp məğlub olduğu Co Baydenin andiçmə mərasiminə qatılmaqdan imtina etmişdi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью