Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Co Baydenin administrasiyası çətin ki, Konqresin Ukraynaya hərbi yardım üçün ayırdığı 5,6 milyard dolların hamısını xərcləsin.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır.
Qeyd olunur ki, Ağ Ev ilin sonuna qədər Ukraynaya əlavə yardım elan etməyi planlaşdırır, lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının işinə başlamazdan əvvəl hərbi yardımın qalan hissəsinin döyüş bölgəsinə göndərilməsini təmin etmək çətin olacaq.
NYT-nin yazdığı kimi, administrasiya prezidentin sərəncamında qalan 5,6 milyard dolların yalnız bir hissəsini istifadə edəcək.
Bu, yeni müqavilələr əsasında silah istehsal etməsi üçün lazım ola biləcək aylar və ya illəri gözləmək əvəzinə Pentaqon ehtiyatlarını Ukraynaya ötürməyə imkan verəcəkdir.
"Biz bu administrasiyanın müddətinin sonuna qədər hərbi paketləri qəbul etməyə davam edəcəyik...
lakin 5,6 milyard dollar əhəmiyyətli məbləğdir, buna görə də güman edirəm ki, növbəti administrasiyaya keçəcək və istifadəsi mümkün olacaq”, - Pentaqonun rəsmi nümayəndəsi bildirib.