Bayden Trampın sərhəd divarı üçün alıdığı tikinti materiallarını satmaq istəyir The Daily …
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Co Baydenin hökuməti təvil verəcək administrasiyası ABŞ-ın Meksika ilə sərhədində respublikaçı Donald Trampın dövlət başçısı kimi ilk müddətində inşasına başladığı divarın tikintisi üçün istifadə olunmamış materialları satmaq istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "The Daily Wire" portalı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, istifadə olunmamış komponentlər Amerikanın cənub sərhədindən düz təkərli yük maşınlarında daşınır və adətən dövlət layihələrindən qalan artıqlıqların satıldığı "GovPlanet"də hərraca çıxarılır.
ABŞ Gömrük və Sərhəd Mühafizəsinin adı açıqlanmayan rəsmisi nəşrə bildirib ki, məqsədləri Miladdan əvvəl hər şeyi sərhəddən çıxarmaqdır.
Portal yazır ki, bu cür hərəkətlər Trampın yeni administrasiyasının qeyri-qanuni miqrasiya ilə mübarizə səylərinə mane olacaq.
"The Daily Wire" xatırladır ki, seçki kampaniyası zamanı respublikaçı sərhəd divarının tikintisini davam etdirəcəyini və Bayden 2021-ci ildə hakimiyyətə gəldikdən sonra toxunulmamış materiallardan istifadə edəcəyini vəd edib.
Nəşr yazır ki, Trampın birinci dövründə sərhədə gətirilən komponentlər satılsa, bu, Trampın əsas seçki vədlərindən birinin həyata keçirilməsini xeyli ləngidər.
Tam oxu
Xəbəri oxu