Bayden Trampla görüşəcək

09.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Cozef Bayden seçilmiş prezident Donald Trampla noyabrın 13-də Ağ Evdə görüşəcəklər.

Modern.aznxəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.

Görüş Ağ evin Oval kabinetində saat 11:00-da keçiriləcək. Məlumatda bildirilir ki, görüşlə bağlı əlavə təfərrüatlar sonradan təqdim ediləcək.

Trampın köməkçiləri daha əvvəl onun Baydenlə görüşünün yaxın vaxtlarda baş tutacağını bildirmişdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью