Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bayden səlahiyyətlərini təhvil vermək ərəfəsində Ukrayna ilə bağlı daha bir mühüm qərara hazırlaşır.
Söhbət ABŞ-ın Ukraynaya AGM-158 JASSM raketlərini verməsindən gedir.Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.O bildirib ki, AGM-158 JASSM raketləri Almaniya “Taurus”unun analoqudur:“ATACMS-lardan fərqli olaraq, AGM-158 JASSM “hava-yer” tiplidir və atəş F-16-lar vasitəsilə həyata keçirilir (ATACMS-lar isə HİMARS-lardan atılır).
Bu raketlərin ən köhnə və zəif modifikasiyası 370 kilometr mənzilə sahibdir, ən müasir modifikasiyalar isə 900 kilometr məsafəyə zərbə endirə bilir.Ən əsas məsələ ondadır ki, istehsal olunan AGM-158 JASSM raketlərinin sayı “Storm Shadow”, “Taurus” və SCALP raketlərinin toplamda sayından çoxdur.
Başqa sözlə, Pentaqonun bazalarında bu raketlər yetərincədir”.Politoloq xatırladıb ki, noyabrın 23-ündən 24-ünə keçə gecə Ukrayna ordusu Kursk vilayətində S-400 kompleksini məhv edib və ən əsası, bu kompleksə məxsus RLS-i də sıradan çıxarıb:“Zərbə kombiləşdirilmiş olub, yəni eyni zamanda raketlər və dronlarlarla.
Rusiyanın hərbi müxbirləri zərbənin ATACMS-larla endirildiyini bildirir, Ukrayna zərbəni etiraf etsə də, hansı raketlərdən istifadə edildiyini açıqlamayıb.
Rusiya MN isə ümumiyyətlə susur.Belə məlumat da var ki, Ukrayanın hərbi-siyasi rəhbərliyi 26 noyabr tarixində keçiriləcək Ukrayna-NATO sammitinə qədər Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələri dayandırmaq əmri verib”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu