Bayden Ukraynanın 4,5 milyard dollardan çox borcunu silmək qərarına gəlib | Icma.az
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ Prezidenti Konqresə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək niyyəti barə
AYNA xəbər verir ki, bu barədə “Bloomberg” Ağ Evin Konqresə məktubuna əsasən yazıb.
Göstərilən məbləğ apreldə təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketi çərçivəsində Vaşinqtonun Kiyevə verdiyi 9 milyard dolların yarısıdır.
Ehtimal olunurdu ki, bu vəsaitlər digər yardımlardan fərqli olaraq şərti ödənilən kredit kimi verilir və lazım gələrsə, ABŞ Prezidenti bu məbləğin 50%-ni silə bilər.
Dövlət Departamentindən qeyd edilib ki, borcun azaldılması “Ukraynaya qalib gəlməyə kömək edəcək.
Bu, ABŞ-ın və onun Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına cavab verir”.
“Bloomberg” yazıb ki, Bayden seçilmiş yeni Prezident Donald Tramp Ağ Evə gələnə qədər Ukraynaya mümkün qədər çox yardım göndərməyə çalışır.
Eyni zamanda, borcun silinməsi təklifi artıq respublikaçıların etirazı ilə üzləşib.
Tam oxu
Xəbəri oxu