Bayden Ukraynanın milyard dollarlıq borcunu silmək istəyir

21.11.2024

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın 4,65 milyard dollarlıq borcunu silməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilir ki, bu addım prezident Co Baydenin Respublikaçı Donald Trampın yanvar ayında Ağ Evə qayıtmasından əvvəl Kiyevə daha çox dəstək vermək səylərinin bir hissəsidir.

Bundan əvvəl Dövlət Departamenti Vaşinqtonun Ukraynanın dövlət borcunun bir hissəsini silmək istədiyini, lakin buna qarşı çıxacağı təqdirdə Konqresin qərarına tabe olacağını bildirmişdi.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью