Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib

17.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə "ATACMS" tipli uzaqmənzilli raketlərlə zərbə endirilməsinə icazə verib.

APA-nın "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu addım Ukrayna ordusunun Rusiyanın Kursk vilayəti ərazisindəki mövqelərini müdafiə hüququ ilə əsaslandırılıb.

"Reuters" agentliyi isə Ukraynanın yaxın günlərdə Rusiyaya raket hücumu etməyə hazırlaşdığını yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью