Bayden Ukraynaya daha 1.2 milyard dollarlıq silah göndərək Yeni paket hazırlanır AzPolitika onlayn siyasiictimai qəzet

20.12.2024

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Kiyevə 1,2 milyard dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb. 

Qeyd olunur ki, məzmunu hələ də dəqiqləşdirilməkdə olan 1,2 milyard dollarlıq paket, Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Bayden administrasiyanın Kiyevi dəstəkləmək üçün atdığı son addımlardan biri ola bilər.

Yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə göndəriləcək. Bu o deməkdir ki, hərbi texnika ABŞ ehtiyatlarından deyil, müdafiə sənayesindən və ya tərəfdaşlardan alınır və çatdırılması aylar və ya illər çəkə bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью