Bayden Ukraynaya yardımı artırmağı TAPŞIRDI

26.12.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden Ukraynaya silah və sursat tədarükünü artırmağı tapşırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanatda yayıb.

"Son aylarda ABŞ Ukraynanı yüzlərlə hava hücumundan müdafiə raketi ilə təmin edib və daha çoxu yoldadır. Mən Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünün artımını davam etdirməyi tapşırmışam və Birləşmiş Ştatlar işləməyə davam edəcək. Ukraynanın Rusiya qüvvələrinə qarşı müdafiədə mövqeyini yorulmadan gücləndirmək üçün”, - bəyanatda deyilir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib ki, ABŞ-ın Kiyev hökumətinə 2025-ci il yanvarın ortalarına qədər çatdırılacaq hərbi yardıma yüz minlərlə artilleriya mərmisi və raket daxildir. O əlavə edib ki, tutucu raketlərin əlavə tədarükü də planlaşdırılır.

Türkan İSGƏNDƏRLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью