Bayden Ukraynaya yeni yardımı elan edəcək

08.01.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə həftəyə səlahiyyət müddəti başa çatacaq ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası Ukraynaya böyük yekun yardım paketi elan etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun iki yüksək vəzifəli rəsmisinə istinadən “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Yeni silah paketinin elanı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yanvarın 9-da Almaniyaya səfəri çərçivəsində baş tutmalıdır və burada “Ramşteyn” formatında görüş keçiriləcək.

Rəsmilər yeni paketin dəqiq məbləğini açıqlamayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью