Bayden və Makron 36 saatda elan edəcəklər ki...

26.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 36 saat ərzində Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, bunu Fransa Prezident Administrasiyasındakı mənbə bildirib. O qeyd edib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə olunub:

“Biz  amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”.

Daha əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini yazıb.

Xəzər

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью