Bayden və Tramp Vaşinqtonda görüşəcəklər

09.11.2024

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırkı ABŞ lideri Cozef Bayden və ABŞ-nin seçilmiş prezidenti Donald Tramp noyabrın 13-də Ağ Evdə görüşəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, görüş Ağ evin Oval kabinetində saat 11:00-da (Bakı vaxtı ilə 20:00) keçiriləcək. Məlumatda bildirilir ki, görüşlə bağlı əlavə təfərrüatlar sonradan təqdim ediləcək.

Trampın köməkçiləri daha əvvəl onun Baydenlə görüşünün yaxın vaxtlarda baş tutacağını bildirmişdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью