Bayden vəzifəsindən uzaqlaşdırılıb?

09.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Demokratlar Partiyası Ağ Evin yeni rəhbəri Donald Trampın andiçmə mərasiminə hələ ay yarım qalmasına baxmayaraq, prezident Co Baydenin keçid dövründə dövlət idarəçiliyində az iştirak etməsindən çox narazıdır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Qeyd edilir ki, demokratların narazılığı Baydenin yaratdığı siyasi boşluqla bağlıdır. 

Nəşr bildirir ki, Donald Tramp hələ vəzifəyə başlamamış daha çox ABŞ prezidentinə bənzəyir.

Tramp Parisdə Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Suriya ilə bağlı ilk açıqlamalar da Trampdan gəlib. 

Bayden şənbə günü ictimaiyyət qarşısına çıxmayıb və bazar gününə qədər şərh verməyib. Bəzi demokratlar həmçinin, Baydenin və partiya liderlərinin seçilmiş prezidentin dövlət vəzifəsinə irəli sürdüyü namizədlərə qarşı çıxmaq şansını əldən verməsindən narahatdır. 

Bayden oğlu Hanteri iki cinayət işi üzrə əfv etdikdən sonra bəzi demokratlar və onların tərəfdarları vəzifədən gedən prezidentin hazırkı səlahiyyətlərindən daha çox istifadə etməsini müdafiə edib. 

Onlar Baydeni, əfvə layiq olan digər insanları da bağışlamağa çağırıblar.

Müşfiq Abdulla 
Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью