Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden təkbaşına pilləkəndən qalxa bilməyib. Ona Anqola lideri Juan Lorensu kömək edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Məlumata görə, Bayden əvvəlcədən ona göstərilən kürsüyə qalxmaq üçün irəliləyib. Lakin pilləkənləri təkbaşına çıxa bilməyib. Bu zaman ona Anqola lideri yardım göstərib.
Xatırladaq ki. daha öncə Bayden Filadelfiya ştatında çıxışı zamanı səhnəyə çıxmaq istəyərkən ayağı büdrəyib. Siyasətçi yıxılmamaq üçün məhəccərdən yapışıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az