Bayden yenə xərçəngdən əməliyyat olundu

05.09.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin sabiq prezidenti Co Bayden baş nahiyəsindəki dəri xərçəngindən azad olmaq üçün əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həkimi Kevin Okkonour “NBC News”a bildirib:

“Bütün xərçəng toxumaları uğurla çıxarıldı. Cənab Baydenin vəziyyəti yaxşılaşır. Əlavə müalicə tələb olunmur”.

Qeyd edək ki, Bayden 2023-cü ildə döş qəfəsindən xərçəngli dəri toxumasını çıxartdırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью