Baydendə xərçəng aşkarlandı

19.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidentinin ofisi məlumat yayıb.

Siyasətçinin komandası bildirib ki, Bayden ötən həftə sidik ifrazı ilə bağlı problemlərə görə həkimlər tərəfindən müayinə olunub, cümə günü isə ona metastaz və xərçəng diaqnozu qoyulub.

"Bu, xəstəliyin daha aqressiv formasını ifadə etsə də, xərçəng hormonal cəhətdən həssas görünür və effektiv idarə etməyə imkan verir. Prezident və ailəsi həkimləri ilə müalicə variantlarını nəzərdən keçirirlər", - keçmiş prezidentin ofisindən bildirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью