Baydendən NÖVBƏTİ SƏHV: Afrika ölkəsinə işıqlı şəhər dedi

04.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Co Bayden Anqola prezidenti Joao Lourenço ilə görüşündə növbəti dəfə səhv danışıb.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

O, Afrika ölkəsi Anqolanı "parlaq şəhər" adlandırıb:

“Bilirsiniz, Anqola "parlaq şəhər"dir! Um, şəhər deyil. Bilirəm ki, bu şəhər Anqola deyil, amma Anqola "parlaq şəhər"dir!”

Amerika Prezidenti tez-tez çıxışlarında müxtəlif səhvlər edir. Beləliklə, iyul ayında Bayden Volodimir Zelenskiyə Vladimir Putin deyə mürcaiət etmişdi.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью