Baydendən postunun son mühüm açıqlaması: “Putinə söz vermişəm ki...”

17.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ərazisində nüvə silahı yerləşdirməyəcəyinə söz verib. 

“Cebehinfo.az” xəbər verir ki, bu barədə Amerika lideri Co Bayden MSNBC telekanalına müsahibəsində bildirib.

“Mən dedim ki, biz artıq oradan, Ukrayna ərazisindən nüvə silahını çıxarmışıq. Silah orada deyil. Biz onu geri qaytarmaq fikrində deyilik və Ukrayna öz sistemini əhəmiyyətli dərəcədə dəyişdirənə qədər NATO-ya daxil olmayacaq”, - deyə ABŞ Prezidenti postunun son mühüm açıqlamasını verib.

Eyni zamanda, Bayden Vaşinqtonun Kiyevə silah tədarükünü artırdığını vurğulayaraq, onların “artımda davam etdiyini” vurğulayıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью