Baydendən son həmlə və vida sözləri Foto

20.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden həyat yoldaşı Cill ilə Ağ Evdən vida "selfi"si paylaşıb.

Publika.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində bölüşdüyü fotoya "Biz səni sevirik, Amerika", - şərhini yazıb.

Qeyd edək ki, Bayden prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib. Ağ Evin rəsmi saytında yerləşdirilən açıqlamada Baydenin qardaşı Ceymsi və onun həyat yoldaşı Saranı, bacısı Valeri və onun əri Con T.Ouensi, eləcə də qardaşı Frensisi əfv etdiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью