Baydendən Trampla bağlı gözlənilməz sözlər

14.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkənin hazırkı rəhbəri Donald Tramp və komandasını tərifləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

O, Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsindən söz açıb:

“Bu günün gəldiyi üçün rahat oldum. Prezident Trampa və komandasına minnətdarlığımı bildirirəm”, – Bayden yazıb.

Sabiq prezident qeyd edib ki, indi ABŞ-ın və bütün dünyanın dəstəyi ilə Yaxın Şərq sülhə doğru gedir.

Xatırladaq ki, oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı Qəzzada münaqişənin bitdiyini  elan edib.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью