Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın keçmiş prezidenti Co Baydeni tədbirə dəvət edən təşkilatçılar 300 min dollar ödəməli olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat paylaşıb.
Bildirilib ki, sabiq Ağ Ev rəhbərinin iştirakına tələbat çox deyil:
“Fevralın əvvəlindən “Creative Artists Agency” şirkəti Co Baydeni təmsil edir. Tədbirdə çıxış etmək üçün səfərə ehtiyac yaranarsa, Bayden şəxsi təyyarə ilə təmin edilməli və beş əməkdaşın xərclərini qarşılamalıdır”.
Qeyd edək ki, bu, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın mümkün çıxış qiymətindən 25 faiz azdır. Belə ki, Obamanın tədbirdə iştirakı 400 min dollara başa gəlib.
Əliyar Xəlil
Globalinfo.az