Baydenin bu qədər ömrü qalıb

22.05.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın keçmiş prezidenti Co Baydendə prostat xərçəngi dördüncü mərhələdədir və artıq sümüklərinə metastaz verib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson məlumat verib.

O, Baydenin 12-18 ay ərzində ölə biləcəyini söyləyib.

“Bu mənim ixtisasım deyil, amma danışdığım bir çox uroloq deyib ki, Baydenin 12-18 ay ömrü qalıb. Ümid edirəm ki, o, daha uzun yaşayar. Amma görünür ki, xəstəlik çox inkişaf edib”, - həkim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью