Baydenin gedəgetdə qəribə görüntüləri yayıldı FOTO

09.01.2025

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin hazırkı prezidenti Co Bayden ölkənin 39-cu prezidenti Cimmi Karterin anım mərasimində yuxuya gedib.
Sfera.az xəbər verir ki, sözügedən yayımı Fox News həyata keçirib.


Hazırkı Amerika lideri birinci xanımla birinci cərgədə, onların solunda isə vitse-prezident Kamala Harris əri Duqlas Emhoffla əyləşib. Onların arxasında ikinci sırada 42-ci prezident Bill Klinton keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintonla, solunda isə 43-cü prezident Corc Buş və həyat yoldaşı Laura, 44-cü prezident Barak Obama və ABŞ-nin seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə oturublar.
 

Yayılan görüntülərdə Co Baydenin xidmət zamanı gözləri bağlı oturduğu görünür.


İnci
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью