Baydenin mənə qoyub getdiyi vəziyyət budur FOTO

09.01.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

ABŞ-ın yeni prezidenti Donald Trampın sosial media paylaşımı diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, sosial media hesabından Co Baydenə kinayəli təşəkkür edib:

"Yanğın hidrantlarında su yoxdur və Fövqəladə Halların İdarə Olunması Agentliyində pul yoxdur. Budur Co Baydenin mənə qoyub getdiyi vəziyyət. Təşəkkürlər, Joe!" - deyə Tramp Truth Social-da yazıb.

Qeyd edək ki, Hollivudda bir çox tədbir Los-Anceles boyunca davam edən güclü meşə yanğınları səbəbindən təxirə salınıb. Çərşənbə axşamı təhlükəli sürətli küləklər bölgədə tüğyan edərək vəziyyəti daha da ağırlaşdırıb. Malibu şəhərində isə Paris Hiltonun evi yanğında tamamilə məhv olub.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью