Baydenin məxfi məlumatlara girişi qadağan olundu

08.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

APA xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

"Co Baydenin məxfi məlumatlara çıxış əldə etməyə davam etməsinə ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin təhlükəsizlik icazəsini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq", - Tramp bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью