Baydenin oğlu kirayə pulunu ödəyə bilmir

04.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Co Baydenin oğlu Hanter kirayə borcunu ödəməyib.

"Unikal" xəbər verir ki, bu barədə kiçik Baydenin borcu olduğu Sequoia fondunun meneceri Sean Maguire "X" sosial şəbəkəsində yazıb. 

"Hanterin 2019-2020-ci illər üçün ailəmə borclu olduğu 300 min dollar nə olacaq? İndi onu əfv edirlər? Yaxşı, təşəkkür edirəm Co Bayden", - o, qeyd edib. 

Yazıya şərhlərdə istifadəçilərin suallarını cavablandıran Maguire qeyd edib ki, Hanter iddia edilən sənət əsəri ilə ödəniş etməyi təklif edib, amma əslində bu əşyanın heç bir dəyəri yoxdur. Ev sahibi onu da əlavə edib ki, Ağ Ev rəhbərinin oğlu mənzili icarəyə götürərək qapıların qıfıllarını dəyişib.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью