Baydenin oğlunu əfv etmək qərarı ədalətin pozulmasıdır Tramp

02.12.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.

Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью