Baydenin “Qara Cümə” alışverişi başına bəla oldu FOTO

30.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ prezidenti Co Baydenin “Qara Cümə” alış-verişi zamanı lentə alınan görüntüləri müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bayden Massaçusetsdəki kitab mağazasında İsraili müstəmləkəçi dövlət kimi tənqid edən Rəşid Xalidinin Fələstində yüz illik müharibə kitabı ilə görüntülənib.
Onun İsrailə ənənəvi dəstəyini nəzərə alaraq, bu hadisə müzakirələrə səbəb olub. Baydenin kitabı özünün alıb-almadığı bəlli deyil, lakin görüntülər onun İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinə diqqəti artırıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью