Baydenin Rusiyaya zərbə qərarı: Tramp ləğv edəcək?

18.11.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni Prezidenti Donald Tramp sələfi Co Baydenin Rusiya ərazisinə Amerika silahları ilə zərbə endirmək qərarına yenidən baxa bilər.

Axar.az xəbər verir ki, bu barədə TASS-a Trampın keçid komandasının nümayəndəsi bildirib.

“Demək olar ki, hər şeyin nəzərdən keçiriləcəyini təxmin edirəm. Birləşmiş Ştatların istənilən məqamda yalnız bir prezidenti olur. 2025-ci il yanvarın 20-si günortayadək (Donald Trampın andiçməsinə qədər) bu prezident Co Baydendir. Raketlərdən istifadə etmək qərarını o verib. Lakin prezidentin dəyişməsinə çox vaxt qalmayıb”, - o bildirib.

Qeyd edək ki, “Nyu York Tayms” Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verdiyi haqda məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью