Baydenin səhhəti ağırlaşıb

26.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin onkoloji xəstəliklə mübarizəsi barədə təfərrüatlar məlum olub.

Modern.az xəbər verir ki, bu barədə oğlu Hunter Bayden açıqlama verib.

“O metastatik sümük xərçənginin dördüncü mərhələsindədir və buna görə də, yumşaq desək, özünü yaxşı hiss etmir. Amma o, mübariz insandır. Əslində, düşünürəm ki, bu barədə onun özündən daha çox mən şikayət edirəm”, - deyə Hunter Bayden bildirib.

O, atasının xəstəliyinin ağır sınağa çevrildiyini və həyatlarında ciddi dəyişikliklərə uyğunlaşmağı tələb etdiyini etiraf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью