Baydenin tarixi cəhdi: Ukraynaya minlərlə raket göndərilir

13.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Co Baydenin prezidentliyinin son günlərində Ukraynaya silah tədarükünü artırmaq üçün tarixi cəhd edir.

Axar.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin yüksək səviyyəli rəsmisi açıqlamasında deyib.

“Müdafiə Nazirliyi qarşıdakı beş həftə ərzində böyük miqdarda silahların Ukraynaya daşınması üçün tarixi səylər göstərir. İndidən yanvarın ortalarına qədər biz Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika və digər kritik imkanlar təqdim edəcəyik”, - Ağ Ev rəsmisi bildirib.

Məlumata görə, silah təchizatının koordinasiyasına Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan rəhbərlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью