Baydenin Ukrayna ilə imzaladığı müqavilə Ağ Evin saytından silinib

06.03.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ağ Evin saytında artıq Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə göstərilmir.

Redaktor.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz teleqram kanalında məlumat yayıb.

Səhifəyə keçməyə çalışarkən "xəta 404" mesajı göstərilir. Sənədin ləğvi ilə bağlı rəsmi məlumat yox idi.

Xatırladaq ki, sözügedən müqavilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Preizdneti Co Bayden arasında imzalanmışdı.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью