“Baydenin Ukraynanın NATO ya üzv ola biləcəyini deməsi müharibəni başlatdı”

14.02.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başlamasının səbəbinin sələfi Co Baydenin ölkənin NATO-ya qəbul ediləcəyi ilə bağlı bəyanatı olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evin rəhbəri jurnalistlərlə söhbəti zamanı qeyd edib.
“Mən Rusiyanın mövqeyində olan bir ölkənin Ukraynanın NATO-ya üzv olmasına icazə verə biləcəyini ehtimal etmirəm. Əslində, mən hesab edirəm ki, Baydenin çıxıb Ukraynanın NATO-ya üzv ola biləcəyini deməsi müharibənin başlamasına səbəb oldu. Halbuki, o, bunu deməməli idi”, - Tramp bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью