Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ-nin sabiq prezidenti Co Bayden metastatik xərçənglə mübarizə aparır.
“Cebheinfo.az” xəbər verir ki, bunu "The Washington Post" qəzetinin mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, siyasətçi vəzifəsindən ayrıldıqdan sonra yaxın ətrafı ilə yaşayır:
“Çünki müalicəsinin təsiri onu enerjisiz edib”. Anonim mənbələrə görə, Bayden vaxtının çox hissəsini xərçənglə mübarizəyə həsr edir, qalan hissəsini isə yaxınları ilə keçirir və mirasını hazırlayır.
2025-ci ilin may ayında Baydenə prostat xərçəngi diaqnozu qoyulub. Xəstəlik aqressivdir və sümüklərə yayılıb. Diaqnoz həkimlər keçmiş prezidenti müayinə etdikdən və prostatında müayinə tələb edən "kiçik bir düyün" aşkarladıqdan sonra qoyulub.
Ötən payız Baydenin prostat xərçəngi üçün şüa terapiyasını tamamladığı bildirilib. Baydenin sözçüsü Kelli Skalli deyib ki, siyasətçi Filadelfiyadakı xərçəng mərkəzində müalicə alıb.
Skalli vurğulayıb ki, bu, onun müalicəsinin sonu demək deyil.Baydenin həyat yoldaşı Jill ərinin ömrünün sonuna qədər xərçənglə yaşayacağını bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin