Baydenlə bağlı bu xəbər ABŞ da rezonans doğurdu KONKRET

20.05.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da keçmiş prezident Co Baydenin xərçəng xəstəliyinə tutulması ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib.

KONKRET.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Baydenə 16 may tarixində prostat xərçəngi diaqnozu qoyulub.

Mövzuya münasibət bildirən Donald Tramp rəqibinə sağlıq arzulayıb. O, diaqnozun Baydenin prezidentliyi dövründə qoyulduğunu və bunun ictimaiyyətdən gizlədildiyini istisna etməyib. Trampın bu açıqlaması ölkədə geniş rezonans doğurub.

Qeyd edək ki, Baydenin səhhəti ilə bağlı məsələ növbəti seçki kampaniyası ərəfəsində siyasi müzakirələrin əsas mövzularından birinə çevrilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью