Baydenlə Tramp bu tarixdə görüşəcək

09.11.2024

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Co Bayden və yeni seçilmiş prezident Donald Tramp arasında görüşün vaxtı açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.

Qeyd olunur ki, görüş noyabrın 13-ü Ağ evin Oval kabinetində, Bakı vaxtı ilə 20:00 keçiriləcək. 

Görüşün prezident Baydenin dəvəti ilə keçiriləcəyini deyən Pyer təfərrüatların daha sonra açıqlanacağını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью