Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, tarixi eksponatın daşınması ən yüksək təhlükəsizlik tədbirləri çərçivəsində və müasir mühafizə texnologiyalarından istifadə edilməklə həyata keçirilib.
Baye qobeleni Avropa tarixinin ən qiymətli abidələrindən biri hesab olunur. Onun üzərində 1066-cı ildə baş vermiş Norman işğalının, o cümlədən Fateh Uilyamın İngiltərəyə yürüşünün səhnələri təsvir edilib. Məhz buna görə də bu tarixi relikviyanın Birləşmiş Krallığa gətirilməsi simvolik hadisə kimi qiymətləndirilir.
Məlumata görə, eksponatın təhlükəsizliyini təmin etmək məqsədilə onun daşınmasının dəqiq vaxtı ictimaiyyətə açıqlanmayıb. Tarixi və mədəni dəyərinin son dərəcə yüksək olması nəzərə alınaraq, Böyük Britaniya qobelenin ölkədə olduğu müddətdə zədələnəcəyi təqdirdə təxminən 917 milyon avro məbləğində kompensasiya ödəməyi öhdəsinə götürüb.
Baye qobeleninin Britaniya Muzeyində nümayişi ziyarətçilərə Fransadan kənarda orta əsr incəsənətinin ən məşhur nümunələrindən birini görmək üçün nadir fürsət yaradacaq.
Bizimyol.info