Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mütəxəssislər məşhur Baye qobeleninin (Qobelen (fransızca gobelin) divardan asılan, üzərində naxış, mənzərə, tarixi hadisə və ya bədii kompozisiyalar toxunan dekorativ toxuculuq məmulatıdır. O, həm incəsənət əsəri, həm də interyer bəzəyi hesab olunur-red.).Londona daşınmasının ilk mərhələsini uğurla başa çatdırıblar. Bərpaçıların yoxlaması zamanı tarixi əsərdə daşınma nəticəsində heç bir zədə və ya dəyişiklik aşkar edilməyib. Bu barədə Fransa Mədəniyyət Nazirliyi və Britaniya Muzeyinin nümayəndələri məlumat veriblər.
XI əsrə aid bu məşhur bədii tikmə payızda Britaniya Muzeyində keçiriləcək sərginin əsas eksponatı olacaq. Baye qobeleni sonuncu dəfə yaradıldıqdan qısa müddət sonra, təxminən 900 il əvvəl Fransanı tərk etmişdi. İndi isə əsər uzun fasilədən sonra yenidən Böyük Britaniyaya aparılaraq ziyarətçilərə nümayiş etdiriləcək.
S.ELAY
XQ