Bayer 04 dən səfərdə böyükhesablı qələbə

01.03.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya Bundesliqasında XXIV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün 6 oyun keçirilib.

Günün maraqla gözlənilən qarşılaşması Frankfurtda baş tutub. "Ayntraxt" "Bayer-04"ü qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Natan Tella fərqlənib. Çox keçmədən Nordi Mukiele adını tabloya yazdırıb. Leverkuzen təmsilçisi ilk hissədə daha bir qol vurmağı bacarıb. Patrik Şik hesabı 3:0 edib. Meydan sahibləri Uqo Ekitike ilə fərqi 2 topa endiriblər.

Lakin ikinci yarıda qonaqlar daha bir qol vurublar. Aleks Qarsiya matçda yekun nəticəni müəyyənləşdirib - 4:1.

Almaniya Bundesliqası
XXIV tur

"Haydenhaym" - "Borussiya" M 0:3
"Leyptsiq" - Maynts" 1:2
"St. Pauli" - "Borussiya" D 0:2
"Boxum" - "Hoffenhaym" 0:1
"Verder Bremen" - "Volfsburq" 1:2
"Ayntraxt" - "Bayer-04" 1:4

“Fənərbaxça” qələbə ilə pley-offda “Yuventus” “Empoli” ilə bacarmadı “Siti” və “Liverpul”dan qələbə, “Arsenal” xal itirdi "Beşiktaş" növbəti mərhələdə “Nant” 3 xalı 3 qolla qazandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью