Bayer 04 II Bundesliqa komandasının futbolçusunu transfer edib

01.05.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Almaniyanın "Bayer 04" klubu II Bundesliqa təmsilçisi "Herta"dan İbrahim Mazanı transfer edib.

"Report" Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanıb.

19 yaşlı futbolçunun transferinin 12 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Herta"nın yetirməsi olan İ.Maza cari mövsüm II Bundesliqada meydana çıxdığı 30 oyunda 5 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb.

​​​​​​"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью