Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Albacete"nin hücumçusu Cristian Kofane "Bayer"lə müqavilə bağlayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, Leverkuzen klubu 18 yaşlı kamerunlu üçün 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kofane 2024-cü ilin noyabrından "Albasete"də çıxış edir. Ötən 2024/25 mövsümündə 20 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.